Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı “Uşaq Eurovision 2021''də o təmsil edəcək

Azərbaycanı “Uşaq Eurovision 2021''də o təmsil edəcək

Tarix: 16 Avqust 2021 20:35

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək "Junior Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyanın Mətbuat katibi Aynurə Asimqızı sosial şəbəkədə məlumat verib.

O bildirib ki, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən "Səs Uşaqlar" mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.


Etiketlər:  Azərbaycanı Uşaq Eurovision 2021də təmsil edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ