Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Tarix: 17 Avqust 2021 08:14

Bakıda taxta bazarında yanğın söndürülüb

Bakının Nərimanov rayonunda taxta bazarında baş verən yanğının qarşısı alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən lokallaşdırılaraq söndürülüb.

***

02:55

Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Baksol" yolunda yerləşən taxta bazarında baş verib.

Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Milli.Az


Etiketlər:  Bakıda taxta bazarında baş verən yanğın söndürülüb FOTO YENİLƏNİB


RƏYLƏR