Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 11:30
Türkiyə Super Liqasının ilk turunda bir qədər əvvəl başa çatan "Giresunspor" - "Qalatasaray" matçında (0:2) xoşagəlməz anlar yaşanıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, matçın ikinci hissəsində "Qalatasaray"ın iki futbolçusu - Markao və Kerem Aktürkoğlu dalaşıb.
Mübahisədən sonra braziliyalı futboloçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub.