Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində göstərişlər verilib

Gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində göstərişlər verilib

Tarix: 15 Avqust 2019 12:30

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4%, qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, ticarət dövriyyəsi 20%-dən çox, qeyri-neft ixracı 15%, kənd təsərrüfatı məhsullarının istehsalı 13% artıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir əlavə edib ki, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür: "Valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib".

Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də, gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.

Nazirlin sözlərinə görə, 2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gön dəri emalı balıqçılıq sahələrinin inkişafı istiqamətində göstərişlər verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ