Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 16:08
"Azəriqaz" İstehsalat Birliyi elektron xidmətlərin yaradılması ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" MMC ilə bağlanmış müvafiq müqaviləyə əsasən mərhələli şəkildə işlər həyata keçirməkdədir.
"Azəriqaz" İB-dən Sonxeber.net-a verilən məlumata görə, ilkin mərhələdə "Azəriqaz" İB-nin "ASAN Kommunal" mərkəzlərində göstərdiyi xidmət növlərinin bir hissəsi Birliyə məxsus vahid yeni portalda istifadəçilərə təqdim ediləcək.
Sonrakı mərhələdə isə "İOS" və "Android" mobil platformaları üzərindən elektron xidmətlərin göstərilməsi planlaşdırılır.