Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol polisi moped sürücüsünü vurdu - VİDEO

Yol polisi moped sürücüsünü vurdu - VİDEO

Tarix: 18 Avqust 2021 18:26

Sosial şəbəkələrdə ötən gün paytaxtın Azadlıq prospektində Dövlət Yol Polisinə məxsus avtomobilin sürücüsünün qəza törətməsi  barədə görüntülər yayılıb. MediaPost-un məlumatına görə, işıqforun qırmızı işığında keçən polis həmin yoldakı motosiklet sürücüsünü yaralayıb. Hadisədən sonra polis maşınının ərazidən uzaqlaşdığı iddia edilir.

Sonxeber.net məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. V. Əsədov bildirib ki, hadisə dünən 18:35-də paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb:

"Süjetdən göründüyü kimi, hadisə yerində Yol Patrul Xidmətinin avtomobilidir. Mopedi idarə edən isə 22 yaşlı Bakı şəhər sakini Həmidov Mikayıl Tehran oğludur. Hazırda hadisə ilə əlaqədar təhqiqat davam etdirilir. Həmidov Mikayıl hadisə yerindəcə polisin özü tərəfindən tibbi müayinəyə aparılıb. Ona lazımi tibbi yardım göstərilib və dərhal evə buraxılıb.


Etiketlər:  polisi moped sürücüsünü vurdu VİDEO


RƏYLƏR