Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Evdə belə öpüşüb-görüşməyin, əlaqə nisbətini azaldın” - Vasif İsmayıl

“Evdə belə öpüşüb-görüşməyin, əlaqə nisbətini azaldın” - Vasif İsmayıl

Tarix: 18 Avqust 2021 21:20

"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb. Səbəbini bilmirəm. Amma siz özünüzü qoruyun".

Sonxeber.net xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl sosial şəbəkə hesabında yazıb.

Həkim qeyd edib ki, uşaqlar, hətta peyvənd olunmuşlar belə koronavirusa yoluxa bilər.

"Hamı xəstələnə bilər. Uşaqlar da, peyvənd olunmuşlar da. Əlaqə nisbətini azaldın.

Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin.

Baxın, mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil.

Təki sağ qalasınız. Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdi". /medicina.az


Etiketlər:  Evdə belə öpüşüb görüşməyin əlaqə nisbətini azaldın Vasif İsmayıl


RƏYLƏR