Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı

Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı

Tarix: 19 Avqust 2021 11:18

Daimi kiçik nasazlıqlar baş verərsə, asqı və ya yanacaq xəttində korroziya görünərsə, dizel və ya benzin istehlakı artarsa, avtomobili satmağın vaxtıdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyada "Fresh Auto" avtomobil satıcıları şəbəkəsinin texniki direktoru Maksim Ryazanov maşının dəyişdirilməsinin zəruriliyini göstərən əlamətlər haqqında danışarkən bildirib.

Mütəxəssis sürücüyə avtomobildən ayrılmaq, yoxsa nasazlıqları təmir etmək arasında daha sərfəli olanı hesablamağı məsləhət görüb.

Ryazanov qeyd edib ki, Rusiya, Koreya və ya Çin avtomobillərinin optimal xidmət müddəti 3-5 ildir.

ABŞ, Avropa və ya Yaponiya markaları daha davamlı hesab olunur.

O, həmçinin Rusiya istehsalı üç illik avtomobili 5-7 il əvvəl istehsal olunan BMW, "Volvo" və ya "Toyota" ilə əvəz etməyi tövsiyə edib.

Rayazanovun sözlərinə görə, "B" və "C" sinfli kütləvi istehsal maşınları istifadənin ilk ilində təxminən 10 faiz, üç ildən sonra isə artıq 40 faiz dəyər itirir.

Premium seqmentdə isə vəziyyət fərqlidir: Bir il ərzində belə avtomobillər 30 faiz, üç ildən sonra isə təxminən daha 20 faiz ucuzlaşır.


Etiketlər:  Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ