Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 14:33
Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb: "Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin