Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Fənərbaxça”dan qələbə, “Qalatasaray”dan heç-heçə

Avroliqa: “Fənərbaxça”dan qələbə, “Qalatasaray”dan heç-heçə

Tarix: 20 Avqust 2021 07:28

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 8 qarşılaşma baş tutub.

3-cü mərhələdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə "Fənərbaxça" ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyundan minimal hesabla qalib ayrılıb.

Türkiyənin digər təmsilçilərindən "Qalatasaray"ın rəqibi isə Danimarka "Randers"i olub. "Sarı-qırmızılar" səfərdən heç-heçə ilə dönüblər.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" pley-offda Çexiyanın "Slaviya" komandası ilə üz-üzə gəlib. Dörd qolun vuruldu bu oyunda qalib müəyyənləşməyib.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) - ÇFR Kluj (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) - Alkmaar (Niderland) 2:0

19 avqust

Slaviya (Praqa, Çexiya) - Legiya (Polşa) 2:2

Omoniya (Kipr) - Antverpen (Belçika) 4:2

Randers (Danimarka) - Qalatasaray (Türkiyə) 1:1

Mura (Sloveniya) - Şturm (Avstriya) 1:3

Fənərbaxça (Türkiyə) - HJK (Finlandiya) 1:0

Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya) 3:0

Reyncers (Şotlandiya) - Alaşkert (Ermənistan) 1:0

Rapid (Avstriya) - Zarya (Ukrayna) 3:0

Milli.Az


Etiketlər:  Avroliqa Fənərbaxçadan qələbə Qalatasaraydan heç heçə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ