Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 11:54
Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı olaraq Bakıda kommunal xidmətlərinin işlərinin operativliyini təmin etmək məqsədi ilə onlara velosipedlər verilib.
Sonxeber.net bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə edilərək kommunal işçilərin əməyinin yüngülləşməsinə kömək göstərəcək.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəsmisi İlqar Hüseynovun sözlərinə görə, gətirilən 57 ədəd müxtəlif təyinatlı texnika Almaniya istehsalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: