Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 10:42
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Əfqanıstanda Amerika əsgərlərinin çıxarılması deyil, kapitulyasiyası baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, o, bunu Alabama ştatında tərəfdarları ilə görüşdə deyib.
"Biz ordumuzun düşmənə necə təslim olduğunu görürük", - deyə Tramp bildirib.
Sabiq prezident hazırkı administrasiyanın Əfqanıstanda 83 milyard dollarlıq avadanlıq, hərbi baza və bahalı səfirlik binası qoyduğunu açıqlayıb: "Əfqanıstan cəhənnəmə getdiyi ərəfədə Bayden məzuniyyətə yollandı".
O, Əfqanıstandakı vəziyyəti "ABŞ tarixində ən böyük hərbi təhqir" adlandırıb: "Milli liderin dəhşətli səriştəsizliyi. Heç bir ölkədə görünməmiş bir şey... Ordunu heç vaxt əvvəlcədən çıxarmazlar, ordu axırda çıxar".