Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pulu qurtaran keçmiş nazir ağır durumda - Baxın indi nə iş görür - FOTO

Pulu qurtaran keçmiş nazir ağır durumda - Baxın indi nə iş görür - FOTO

Tarix: 22 Avqust 2021 22:18

Əfqanıstanın sabiq rabitə və texnologiya naziri Səid Əhməd Sədat Almaniyanın Leypsiq şəhərində kuryer işləyir.

Sonxeber.net metbuat.az-a istinadən bildirir ki, "Leipziger Volkszeitung"-a istinadən xəbər verir ki, nazir 2020-ci ilin dekabr ayından bu işlə məşğuldur.

Sabiq nazirin sözlərinə görə, pulu qurtardığı üçün yemək çatdırılma xidmətində velosipedlə kuryer işləyir:

"Hazırda bəsit bir həyat yaşayıram. Almaniyada özümü təhlükəsiz hesab edirəm.

Həyatımdan məmnunam. Alman dili öyrənmək üçün kursa getməliyəm. Bunu üçün işləyib pul toplamalıyam. Bir çox yerə iş üçün müraciət etdim. Amma nəticə hasil olmadı. Məqsədim Almaniya Telekom şirkətində işləməkdir". Qeyd edək ki, Səid Əhməd Sədat əvvəllər İngiltərədə yaşayıb. O keçmiş Kabil hökumətinin dəvəti ilə Əfqanıstana gedərək nazir olmuşdu.


Etiketlər:  Pulu qurtaran keçmiş nazir ağır durumda Baxın indi görür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ