Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban” ABŞ-ı hədələdi

“Taliban” ABŞ-ı hədələdi

Tarix: 23 Avqust 2021 13:26

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı ABŞ-a vaxt qoyub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Taliban" nümayəndəsi Süheyl Şahin "Sky News" telekanalına müsahibəsində bildirib ki, ABŞ və Böyük Britaniyaya təxliyə həyata keçirmək üçün əlavə vaxt verilməyəcək, əks halda bunun nəticələri olacaq.

"Bu, "qırmızı xətdir". Prezident Bayden bəyan edib ki, avqustun 31-dək bütün silahlı qüvvələri Əfqanıstandan çıxaracaqlar. Ona görə də əgər onlar qeyd olunan müddəti uzatsalar, bu, işğalın genişləndirilməsi demək olacaq ki, buna da ehtiyac yoxdur", - deyə S. Şahin qeyd edib.

"Taliban" nümayəndəsi bildirib ki, ABŞ və Böyük Britaniya təxliyə üçün əlavə vaxt istəsə, mənfi cavab veriləcək: "Bu, aramızda etimadsızlıq yaradacaq. Onlar işğalı davam etmək niyyətində olsalar, bu, adekvat reaksiya doğuracaq".

Qeyd edək ki, "Taliban" hərəkatının avqustun 15-də paytaxt Kabili tutması ilə Prezident Əşrəf Qani ölkəni tərk edib.

Avqustun 16-da "Taliban"ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib.


Etiketlər:  Taliban ABŞ hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ