Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Rövşən Hüseynovun adını daşıyan bulağın açılışı olub - VİDEO

Şəhid Rövşən Hüseynovun adını daşıyan bulağın açılışı olub - VİDEO

Tarix: 23 Avqust 2021 15:02

Vətən müharibəsində canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Rövşən Hüseynov olub.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şəhid  Rövşən Hüseynov 1995-ci il avqustun 21-də Bakı anadan olub.

2001-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə 1-ci sinifə gedib. 2013-cü ildə universiteti bitirdikdən sonra, 2017-2018-cı illərdə hərbi xidmətə yollanıb. Goranboy rayonunda ön xətdə, Murovdağ istiqamətində yerləşən hərbi hissədə düşmənlə üz-üzə xidmət edib.

2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində könüllü olaraq iştirak edib.

Anası Sona Hüseynova deyir ki, oğlu torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi.

Yaşasaydı bu gün 25 yaşını qeyd edəcəkdi. Arzuları isə çox idi...

Rövşən Hüseynov döyüş tapşırığının yerinə yetirilməsi zamanı Füzuli istiqamətində  gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Rövşən Hüseynovun adının əbədiləşdirilməsi üçün yaşadığı ünvanda şəhid kompleksinin və bulağın açılışı olub. Açılış mərasimdə  şəhidin ailə üzvləri, döyüş yoldaşları  və qazilər  iştirak edib. Çıxış edənlər şəhidin döyüş yolundan, qəhrəmanlığından söz açıblar.

Şəhid Rövşən Hüseynov göstərdiyi şücaətə görə ölümündən sonra   "Vətən uğrunda ", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Şəhid Rövşən Hüseynovun adını daşıyan bulağın açılışı olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ