Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sakinləri yuxuya həsrət qoyan karxana - VİDEO

Sakinləri yuxuya həsrət qoyan karxana - VİDEO

Tarix: 24 Avqust 2021 13:28

Qubanın Zizik kəndinin sakinləri gecə yuxusuna həsrət qalıblar. Sakinlərin yuxusunu ərşə çəkən isə yaxınlıqda fəaliyyət göstərən çınqıl karxanasıdır. Dediklərinə görə, karxananın gecə saatlarında işləməsi səbəbindən səs-küy yaranır və onlar mənzillərində rahat yata bilmirlər.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,karxana rəhbərliyinə irad bildirdikdə isə bu cür cavab eşidirlər.

"Bizim 24 saat işləməyə icazəmiz var"...

Şikayətçi sakinlərlə birgə çınqıl karxanasına yollandıq. Karxananın cavabdeh şəxsləri and-aman etdilər ki, onlar axşam saat 8-dən sonra fəaliyyət göstərmirlər.

Məsələ ilə bağlı kəndin bələdiyyə sədri Məhəmməd Eldarov isə bildirdi ki, sakinlərin şikayətindən sonra karxana rəhbərliyi ilə görüş keçirilib. Kənd sakinlərinin iradını nəzərə alan sahibkar bir daha gecə saatlarında fəaliyyət göstərməyəcəklərə dair söz verib.

Diləyimiz odur çınqıl karxanasının rəhbərliyi sözünün üstündə dursun və bununla da Zizik sakinləri gecələr rahat şəkildə yuxuya dalsın...

Milli.Az


Etiketlər:  Sakinləri yuxuya həsrət qoyan karxana VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ