Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 13:40
ARB TV-nin "Özəl" verilişinin növbəti qonağı, 8 illik fasilədən sonra ilk dəfə efirə çıxan, "Eurovision 2010"-da Azərbaycanı təmsil edən müğənni Safura Əlizadə olub.
Sonxeber.net xəbər verir ki, müğənni ailə həyatından və övladlarından danışdı:
"Uşaqlarla darıxmıram, hətta uşaqların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı bəlkə də evdən qaçardım. Evdə istilik yaradırlar. 3 uşağım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissi daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır".