Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 18:38
"İki doza vaksin qəbul edənlər 6 aydan sonra üçüncü dozanı da qəbul edə bilərlər".
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov söyləyib.
Onun sözlərinə görə, ilk dozalardan əldə edilən immunitetin daha uzunmüddətli olması məqsədilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanıb.
İnfeksionist ölkəmizdə ilkin mərhələdə bir sıra kateqoriyadan olan insanların üçüncü doza vaksin qəbul etmələrini vacib sayır. "Xroniki xəstəlikləri olan və yaşlı insanların üçüncü doza vaksini vurdurmaları tövsiyə olunandır".
Təyyar Eyvazov bildirib ki, 3-cü doza vaksinin hansı firmaya aid olmasında heç bir məhdudiyyət yoxdur. "Vətəndaşlar istədikləri firmanın vaksinini vurdura bilərlər".