Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 19:56
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns radikal "Taliban" hərəkatının liderlərindən biri və siyasi ofisinin rəhbəri Abdulqəni Baradarla gizli görüş keçirib.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Qəzetin yazdığına görə, görüş avqustun 23-də Kabildə baş tutub və yaraqlıların Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ və "Taliban" nümayəndələri arasında belə yüksək səviyyədə aparılan ilk danışıq olub.