Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binance kriptovalyuta birjasının rəhbəri əsas prioritetlərini AÇIQLAYIB

Binance kriptovalyuta birjasının rəhbəri əsas prioritetlərini AÇIQLAYIB

Tarix: 24 Avqust 2021 21:52

Binance CEO-su Changpeng Zhao, prioritetlərinin tənzimləmə sahəsində çalışmaq üçün daha çox işçi cəlb etmək olduğunu bildirib  

Sonxeber.net ted.az-a istinadən bildirir ki, fərqli ölkələrdə fərqli qaydalarla üzləşən Binance-ın əsas məqsədi tənzimləmə qrupunu genişləndirməkdir.

Bloomberg-ə müsahibə verən Binance kriptovalyuta birjasının baş direktoru Changpeng Zhao, prioritetlərinin tənzimləmə sahəsində işləyəcək işçilərini artırmaq olduğunu qeyd edib. 

Binance -in bu mövzuda ABŞ rəsmiləri ilə müntəzəm görüşlər keçirmək istədiyini ifadə edən Zhao, açıqlamasında  "Demək olar ki, bütün vaxtımı uyğunluq prosesinə sərf edirəm. Birjanın gündəlik əməliyyatlarına əslində qatılmıram. " deyə bildirib. 

ABŞ rəsmiləri uzun müddətdir ki, cinayətkarların çirkli pulların yuyulması və borclanma proqramlarının əməliyyatlarını gizlətmək üçün kriptovalyutalardan istifadə etməsindən narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Kayman Adalarında qurulan Binance-ın Sinqapurda bir ofisi var. Bundan əlavə, birjanın mərkəzi ofisi yoxdur.


Etiketlər:  Binance kriptovalyuta birjasının rəhbəri əsas prioritetlərini AÇIQLAYIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ