Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatla dairə seçki komissiyası üzvünün saxta vaksin alveri - TƏFƏRRÜAT

Deputatla dairə seçki komissiyası üzvünün saxta vaksin alveri - TƏFƏRRÜAT

Tarix: 25 Avqust 2021 10:48

Leninqrad vilayətində (Rusiya) saxta vaksinasiya etdirən bir qrup tibb işçisi saxlanılıb.

Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, dələduz tibb işçiləri peyvənd olunmaq istəməyən şəxslərdən müəyyən haqq (12 min rubl) almaqla onlara saxta COVİD pasportu təqdim edirmişlər.

Maraqlı olan odur ki, tibb işçiləri çox mürəkkəb bir sertifikat sxemi düzəldiblər. Və onu üzə çıxarmaq çox çətin olub. Hüquq-mühafizə orqanlarına bu barədə məlumat daxil olarkən onlar bu dələduzları üzə çıxarmaq üçün çox əziyyət çəkiblər. İki ay əzrində çox mürəkkəb bir fənd işləyib hazırlayıblar. Həmin tibb işçilərindən birinə müraciət edərək peyvənd olmadan sertifikat almaq istədiklərini bildiriblər. Nəticədə beş nəfərdən ibarət qrup ələ keçib. Ən maraqlısı odur ki, vaksinasiya imitasiyası həyata keçirən tibb işçilərindən biri deputat, o birisi isə dairə seçki komissiyasının üzvüdür.

Axtarış zamanı onlardan saxta vaksinasiya olunan 1600 nəfərin baza məlumatı, 600 vaksin ələ keçib. Faktla bağlı cinayət işi qaldırılıb.

Kamran Seyidov


Etiketlər:  Deputatla dairə seçki komissiyası üzvünün saxta vaksin alveri TƏFƏRRÜAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ