Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 12:15
"Hər şey öz axışında, bəzən duraraq, bəzən qaçaraq o qədər gözəldir ki... Bu həyatda nəyə ehtiyacın varsa, onu yaşamağı bacara bildiyində hər şey o qədər gözəl olmağa başlayır ki. Özümə kənardan baxmaq çox xoş olur".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Uzun müddətdir yaradıcılığına fasilə verən sənətçi yenidən səhnəyə çıxma anını izləyiciləri ilə bölüşüb.
İradə "Hamı bilir, amma yenə də təkrarlamaq istəyirəm. Bu həyatda keçməyən heç nə yoxdur, keçməyəcəyini düşündüyümüz hər şey gəlib-keçir. Çünki istəsən də tuta bilmərsən, ilahiyyatın axışı belədir. Yəni dərd edib, "necə keçəcək?" demə. Keçəcək..." deyə, əlavə edib.