Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikinti şirkətindən narazı sakinlər - VİDEO

Tikinti şirkətindən narazı sakinlər - VİDEO

Tarix: 26 Avqust 2021 13:30

Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yerləşən bu binanın 100ə yaxın yaşı var. İllər öncə 3-cü və 4-vü Dağliq adlanan bu küçədən, bu binanın qarşısından şəhərimizin ayrılmaz hissəsi olan tramvay xətti keçirdi. Amma elə tramvay xətti kimi də bu bina tezliklə tarixə çevriləcək. Bir əsrə yaxın yaşı olan bu bina artıq yaşayış üçün yararsız vəziyyətdədirvə sökülərək yerində hündürmərtəbəli yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bəli, paytaxtımızda tikinti bumu davam edir. İnşa edilən çoxmərtəbəli yaşayış binaları bir tərəfdən şəhərimizə gözəllik verir, digər tərəfdən isə müvafiq norma və qaydalara uyğun tikilməməsi səbəbindən vətəndaşların narazılığına səbəb olurlar. Elə Mirəsədulla Mirqasımov küçəsi 4də ünvanında yerləşən binanın sakinləri də əməlli təşviş içindədir. Onlar yaşadıqları binanın yerində inşa ediləcək yeni tikilinin İLK NÖVBƏDƏ şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olmayacağından, ərazidəki ağacların məhv narahatdılar.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, 1943-cü ildən bu binada yaşayan Nadir Hüseynov deyir ki, onun hələ valideynləri bu binada yaşayıb, hətta atasını burdan cəbhəyə yola salıblar və o, daha geri qayıtmayib. O da, binanı tərk etmək istəməyən sakinlər sırasındadır.

Həmçinin sakinlər MTK tərəfindən təklif olunan şərtlərlə də razılaşmırlar. Binada yaşayan 178 sakindən cəmi 30 nəfəri təklif olunan şərtlərlə razılaşaraq mənzillərini tərk ediblər və onların mənzillərinin də artıq söküntü işlərinə başlanılıb.

Bu gün tikinti sektorunda irimiqyaslı layihələr uğurla davam etməkdədir. Köhnə binaların yeniləri ilə əvəzlənməsi həm şəhərimizi gözəlləşdirir, həm də sakinlərə daha geniş yaşayış sahəsi ilə əvəzləmək imkanı yaradır. Əsas odur ki, aparılan tikinti işləri şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilsin və vətəndaşların narazılığına səbəb olmasın. Həmçinin inanmaq istərdik ki, hər iki tərəf bu məsələdə qarşılıqlı razılığa gələcək.


Etiketlər:  Tikinti şirkətindən narazı sakinlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ