Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib

Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib

Tarix: 26 Avqust 2021 23:32

Hələ bir neçə müddət bundan öncə Apple şirkəti iCloud fotoların skan olunması funksiyasını anons etmişdi. Qeyd etmək lazımdır ki, bu funksiya istifadəçilərin smartfonlarında qanunsuz kontentlərin axtarışı üçün nəzərdə tutulub. Şirkət həmin vaxtda bildirmişdi ki, bu yeni funksiya iOS 15 əməliyyat sisteminə inteqrasiya ediləcək. Lakin Reddit istifadəçilərindən biri aşkar edib ki, skaner funksiyasının kodu artıq iOS 14.3-də mövcuddur. Bunu aşkar edəndən sonra o, kodu GitHub-a yerləşdirib. Bununla yanaşı Reddit istifadəçisi Apple şirkətinin bu yeni funksiyasının çalışma prinsipi barəsində məlumat verib.

AsuharietYgvar adlı Reddit istifadəçisi bildirib ki, Apple şirkəti NeuralHash adlı alqoritmin təcrübəsinə əsaslanaraq qadağan olunmuş kontentin olub-olmaması üzrə istifadəçinin Gallery bölməsini skan edə bilər. Şirkətin istifadə etdiyi alqoritm fotoların xeşlərini ABŞ-dakı itmiş insanların axtarışı və istismar olunan uşaqlar üzrə milli mərkəzin məlumatlar bazası ilə müqayisə edəcək. Bununla belə məlumatlar arasındakı oxşarlıq "rəqəmsal izlər" vasitəsilə təyin ediləcək. İstifadəçinin öz fotoları isə tamamilə konfidensial şəkildə qalacaqlar.

Lakin Reddit istifadəçisi bildirib ki, hazırki mərhələdə alqoritmdən yan keçmək olar. Bunun üçün sadəcə olaraq fotonu redaktə etmək (kəsmək) və ya yerləşmə tərzini (şaquli və ya üfüqi) dəyişmək lazımdır. İstifadəyə verilməmişdən öncə skanerə əlavə təkmilləşdirilmiş özəlliklərin əlavə olunub-olunmayacağı bilinmir. Maraqlısı ondadır ki, Apple şirkətinin bu funksiyanı mövcud olan iOS versiyasına inteqrasiya etdiyi barəsində rəsmi məlumat verməyib. Apple şirkətinin bu alqoritmi barəsində daha ətraflı məlumat almaq üçün onun mənbə kodunu GitHub repozitoriyasından yükləmək olar.


Etiketlər:  Apple şirkətinin fotoların skan olunması funksiyası aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ