Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahirin dublu “Legiya”nı Avroliqanın qrup mərhələsinə daşıdı

Mahirin dublu “Legiya”nı Avroliqanın qrup mərhələsinə daşıdı

Tarix: 27 Avqust 2021 07:16

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasında növbəti matçına çıxıb. Milli.Az matc.az-a istinadən bildirir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa "Slaviya"sı (Çexiya) ilə cavab oyununun iştirakçısı olub. 

Futbolçumuzun komandası bu rəqiblə ilk oyunu səfərdə keçirmiş və həmin oyunda qalib müəyyənləşməmişdi - 2:2. Cavab görüşündə hesabı Çexiya təmsilçisi açıb. Qarşılaşmaya start heyətdə başlamış Mahir, 59-cu dəqiqədə hesaba tarazlıq gətirib. O, 70-ci dəqiqədə daha bir qol vurmaqla komandasını önə keçirib. Qarşılaşma 2:1 hesabıyla "Legiya"nın xeyrinə bitib. Beləcə, iki oyunun nəticəsinə görə 4:3 üstün olan Polşa çempionu, Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.
 
Qeyd edək ki, Mahir bu görüşün 80-ci dəqiqədə əvəzlənib.

Milli.Az


Etiketlər:  Mahirin dublu Legiyanı Avroliqanın qrup mərhələsinə daşıdı


RƏYLƏR