Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 16:22
"Mançester Yunayted"in "Instagram" səhifəsindəki paylaşım idman klubları arasında bəyənmələrin sayına görə rekordu təzələyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kriştianu Ronaldunun komandaya qayıtması barəsindəki post 12.7 milyondan çox bəyənmə toplayıb.
Qeyd edək ki, bir müddət öncə PSJ-nin Messinin kluba keçidilə bağlı paylaşımı 8.8 milyondan çox bəyənmə qazanmışdı.