Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 18:16
İranın paytaxtı Tehranda koronavirus vaksini daşıyan maşın oğruların hücumuna məruz qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, oğrular maşından 300 doz vaksin oğurlayıblar.
Hücum maşın Yaftabad bölgəsindəki Səhiyyə Nazirliyinin deposundan çıxandan sonra həyata keçirilib.
Onlar sürücünü döyüblər. Oğruların tutulması istiqamətində iş aparılır.