Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Senator: İkinci 11 Sentyabr baş verə bilər

Senator: İkinci 11 Sentyabr baş verə bilər

Tarix: 30 Avqust 2021 10:32

ABŞ-ın Əfqanıstandan çıxması ölkədə 11 sentyabr kimi terror hücumu təhlükəsi yaradır.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu senator Lindsi Qrehem deyib.

O qeyd edib ki, ABŞ minlərlə müttəfiqini Əfqanıstanda buraxıb:

"Müttəfiqlərimizə arxa çevirdik və 11 sentyabrın daha bir şəraitini yaratdıq. Vətənimizə edilən hücumdan indiki qədər heç vaxt narahat olmamışam".

O, Amerikanın Əfqanıstandakı müharibəni qoşunların çıxarılması ilə sonlandıracağını söyləyən ABŞ Prezidenti Co Baydenə də cavab verib:

"Biz bu savaşı bitirməmişik. Bayden gələcək prezidentlərin işini daha da çətinləşdirdi".


Etiketlər:  Senator İkinci Sentyabr baş verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ