Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 16:35
"Sizlər bacardığınız qədər tez peyvənd olunun. İnternetdə yayılan miflərə, yalan məlumatlara inanmayın. Unutmayın ki, peyvənd virusa yoluxduqdan sonra, ağırlaşmanın qarşısını alan hal-hazırda ən effektiv üsuldur. Dünyada inkişaf etmiş bütün ölkələrdə, əhalisinin çox hissəsi peyvənd olunub. Cahil insanların psixologiyasına tabe olmayın. Çip, sonsuzluq, zombi və sair kimi miflər ancaq geridə qalmış cəmiyyətlərdə yayılır. Onsuz da təcili yardım xidməti normal işləmir".
Sonxeber.net axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Aktrisa insanlara səslənərək peyvənd olunmalarını qeyd edib. O bildirib ki, təcili yardım xəstələrə köməklik göstərmir:. Sual yaranar ki, niyə?
"Xalq artisti Zümrüd Məmmədovanın bacısı koronavirusa yolxulmuşdu. Zümrüd xanım açıqlama verdi ki, bacımın koronavirusa yoluxduğunu öyrəndik. Səhhəti pisləşmişdi, xəstəxana ilə danışdıq ki, aparaq yerləşdirək. Dedilər, təcili yardım gətirməlidir xəstəxanaya. Təcili yardıma dəfələrlə zəng etdik, "gəlirik" deyib, gəlmədilər. Bacım onların günahı ucbatından vəfat etdi.
İndi təsəvvür edin ki, Xalq artistinin ailəsinə qarşı bu cür məsuliyyətsiz davranırlarsa, siravi vətəndaşların probleminə necə yanaşırlar?!
Bu xəstəliyə inanmayanlar üçün şəxsən öz ailəmdən misal çəkəcəm. Koronavirusa qardaşımın həyat yoldaşı yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək, dünyanısını dəyişdi. Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə, bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər.
Türkiyənin məşhur aktrisalarından Ezgi Mola bir neçə ay əvvəl peyvənd vurdurmuşdu. Yaxın günlərdə açıqlama verdi ki, test vermişəm pozitiv çıxıb. Amma peyvənd vurdurduğum üçün xəstəliyi yüngül formada keçirirəm.
COVİD-19 peyvəndi xəstəliyi yüngül formada keçirmək üçündür. Şəxsən mən, Mehriban Xanlarova vurdurmuşam və sizlərə də məsləhət görürəm.
Çox təəssüf ki, dövlət xəstəxanalarında pullu müalicələr mövcuddur, reanimasiya şöbələri dolur, ora gedənlərin hamısı effektiv müalicə ala bilmirlər. Ona görə özünüzü qoruyun və peyvənd olunun. Hansı peyvəndi vurdurmaq istəyirsinizsə, araşdırın və özünüz qərar verin".