Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda məscidi partlatdılar - Ölənlər və yaralananlar var

Pakistanda məscidi partlatdılar - Ölənlər və yaralananlar var

Tarix: 16 Avqust 2019 17:00

Bakı. Trend:

Pakistanda daha bir güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış gündüz saatlarında Kvetta şəhərindəki məscidlərin bidində qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, partalyıcı qurğu məscidə gələn ziyarətçi tərəfindən daha öncədən yerləşdirilib.

Pakistan ərazisində fəaliyyət göstərən ekstremist qruplaşmalardan hələ ki, heç biri insidentə görə məsuliyyəti öz üzrinə götürməyib.


Etiketlər:  Pakistanda məscidi partlatdılar Ölənlər yaralananlar var


RƏYLƏR