Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 10:48
Əfqanıstanda "Taliban" hərəkatının dəstələri Pəncşir vadisinə iki istiqamətdən hücuma keçiblər.
Sonxeber.net Tolonews-a istinadən bildirir ki, taliblər Bağlan vilayətindəki Əndərab və Cəbal üs Sirac şəhəri istiqamətlərindən Pəncşirə daxil olmağa çalışırlar.
Vadiyə nəzarət edən Əhməd Məsudun dəstələri hücumun qarşısını alıb.
Əndərab istiqamətində 85 talib həlak olub, 108 nəfər yaralanıb. Cəbəl üs Sirac istiqamətdə isə 12 talib həlak olub, 26 nəfər yaralanıb.
Pəncşirin müdafiəçiləri arasında da itkilər var.
Pəncşir vadisinə nəzarət edən, Əfqanıstanda "Taliban"a qarşı yaradılmış Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun dediyinə görə, əgər taliblər ölkədəki bütün siyasi qüvvələrin və milli azlıqların nümayəndələrinin təmsil olunacağı inklüziv hökumət yaradaraq vətəndaş azadlıqları ilə hüquqlarına riayət etsələr, siyasəti tərk edəcək.
"Əgər taliblər hakimiyyəti hamı ilə bölüşərək ədaləti bərqərar etməyə, Əfqanıstan vətəndaşlarının hamısının hüquqlarının bərabər və tam təminatını vəd etsələr, geri çəkiləcəyəm, siyasəti tərk edəcəyəm", - Əhməd Məsud deyib.
Onun sözlərinə görə, digər şərti icraedici hakimiyyətin əyalətlərə daha çox səlahiyyətlər verməsidir: "Başqa bütün variantlar qəbuledilməzdir".