Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

Tarix: 31 Avqust 2021 11:42

Sosial şəbəkələrdə poliklinikalardan birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlandığını əks etdirən görüntülər yayılıb. 

Foto geniş müzakirələrə səbəb olub, vaksinlərin bu şəraitdə hansı keyfiyyətdə saxlandığı sual doğurur. Həmçinin peyvənd məntəqələrinin lazımi soyutma konteyneri ilə təmin olunub-olunmaması da müzakirə mövzusudur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, həqiqətən də həmin soyuducu konteynerdən 16 saylı Şəhər Poliklinikasında istifadə olunub: "Vaksinlər poliklinikalarda 2-5 dərəcə temperaturda saxlanılır. Bu soyuducular da həmin temperaturu təmin edir".

Poliklinikaların soyuducu konteynerlərlə təminatına gəlincə isə, nazirlikdən bildirilib ki, bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. 

Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də sorğu ünvanladıq. Agentlikdən məsələ haqda gün ərzində cavab veriləcəyi bildirilib. 


Etiketlər:  Peyvəndlər niyə Hell soyuducusunda saxlanılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ