Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var

Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var

Tarix: 31 Avqust 2021 12:10

Şəkidə minik avtomobili aşıb.

Sonxeber.net bildirir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Şəkidə minik avtomobili aşıb xəsarət alanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ