Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dəniz kuboku” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - VİDEO - FOTO

“Dəniz kuboku” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - VİDEO - FOTO

Tarix: 31 Avqust 2021 13:46

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda "Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış" mərhələsinin "Üzən minaya artilleriya atışı" tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tapşırığın şərtlərinə görə hərbi dənizçilər hərəkərdə olan gəmilərdən müəyyən məsafədə üzən iki mina hədəfini ümumilikdə 32 patron istifadə edilməklə məhv ediblər.

Hakimlər komissiyası hədəflərin məhv olunması və gəmilərin vaxt baxımından poliqonu daha tez tərk etməsi üzrə qiymətləndirmə aparıb.

Tapşırığın yekununda İran komandası 38 balla birinci, Rusiya 36 balla ikinci, Qazaxıstan 34 balla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 28 balla dördüncü yerdə qərarlaşıblar.
Hazırda müsabiqənin növbəti mərhələsi keçirilir.

Milli.Az


Etiketlər:  Dəniz kuboku müsabiqəsində artilleriya atışları yerinə yetirilib VİDEO FOTO


RƏYLƏR