Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 16:10
Binə qəsəbəsi, İmadəddin Nəsimi küçəsində antisanitar vəziyyət hökm sürür.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, iki həftəyə yaxındır ki, ərazidən keçmək olmur.
Zibil qabları dolub-daşır, əraziyə itlər toplaşıb, pis qoxu hər tərəfi bürüyüb. Evlərin qapı-pəncərəsi açıldığı an üfunət içəriyə dolur.
Ətrafda yaşayan sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə müraciətlər ediblər, amma nəticəsi olmayıb.
Məsələyə münasibət öyrənmək üçün Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə getdik. Qurumun sədri söz verdi ki, problem nəzarətə götürüləcək. Sabaha qədər ərazi tamamilə təmizlənəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: