Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 21:16
Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hack edərək intim xarakterli 620.000 foto və video oğurlaya bilib. Hüquq-mühafizə orqanları sözügedən şəxsi artıq yaxalayıblar. Hao Kuo Chi 4 maddə üzrə öz günahını etiraf edib. Məlum olub ki, bu hacker özünü Apple şirkətinin dəstək xidməti əməkdaşı kimi təqdim edib və beləliklə istifadəçilər ilə elektron poçt yazışmalarında onları Apple ID ilə şifrələri təqdim etməkdə razı sala bilib. Nəticədə hacker minimum 306 nəfər istifadəçinin iCloud hesabını əldə edə bilib. Onların əksəriyyəti qadınlar olublar.
Hackerin sözlərinə əsasən minimum 200 istifadəçi hesabının hack edilməsi sifarişi ona tanımadığı insanlar tərəfindən internetdən gəlib. "icloudripper4you" ləqəbi ilə öz əməliyyatlarını reallaşdırmış hacker iCloud hesablara giriş xidmətlərini təklif edirmiş. Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma çərçivəsində hacker etiraf edib ki, o bunu sadəcə olaraq foto və videoların əldə olunması üçün edib. Bundan əlavə olaraq hacker günahını etiraf edən zaman qeyd edib ki, o öz həyatından, karyerasının gələcəyindən narahatdır və bu hadisənin ona ciddi zərər verməyəcəyini istəyir. O həmçinin bildirib ki, onun ailəsi var.