Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda toy təşkilatçısı cərimələnib

Qusarda toy təşkilatçısı cərimələnib

Tarix: 1 Sentyabr 2021 11:26

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

Milli.Az


Etiketlər:  Qusarda toy təşkilatçısı cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ