Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 07:46
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.
O, bunu DÇ-2022-nin İrlandiya ilə bugünkü matçında rəsmiləşdirib. Hazırda davam edən qarşılaşmadakı qol Ronaldonun Portuqaliya millisində 110-cu topu olub.
Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.