Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

12 yaşlı məktəbli 18 yaşlıdan hamilə qaldı - Ana qızının abort etdirməsinə qarşı çıxdı

12 yaşlı məktəbli 18 yaşlıdan hamilə qaldı - Ana qızının abort etdirməsinə qarşı çıxdı

Tarix: 2 Sentyabr 2021 14:16

Moskvada baş verən hadisə hər kəsi heyrətə salıb. 12 yaşlı qızın hamilə qalması xəbəri tək məktəbdə deyil, ətraf yerlərdə də qəzəb doğurub.

Milli.Az "MK"ya istinadən xəbər verir ki, altıncı sinif şagirdi irinli apendisit diaqnozu ilə paytaxt xəstəxanasına aparılıb və müayinə zamanı əlavə olaraq onun hamilə olduğu da üzə çıxıb. Həkimlər hadisə barədə hüquq-ühafizə orqanlarına məlumat veriblər. Məktəbli qızın anası qızının bir gənclə görüşdüyünü bildirdikdən sonra gənc tapılaraq dindirilib.18 yaşı olduğu ortaya çıxan gənc çox güman ki, altıncı sinif şagirdini aldatdığı üçün cavab verməli olacaq. Yaxın qohumlar və ana isə qızın abort etməsini istəmirər.

Qadın hətta bir ifadə də yazaraq hamiləliyin davam etməsində israr edir. Heç yerdə işləməyən qadın bu yaxınlarda əməliyyat olunub. Məktəbli qızın atası ixtisasca inşaatçıdır, ailədən ayrı yaşayır. Böyük qardaş da artıq yetkindir və başqa bir şəhərdə yaşayır.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  12 yaşlı məktəbli 18 yaşlıdan hamilə qaldı Ana qızının abort etdirməsinə qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ