Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 18:42
Güclü yağış və fırtına Türkiyədə bir sıra fəsadlar törədib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şiddətli yağış və fırtına nəticəsində paytaxt Ankarada 3 binanın damı uçub.
Qeyd olunur ki, uçan damların hissələri avtomobillərin üzərinə düşüb və nəticədə 3 maşın yararsız hala qalıb. Bununla yanaşı, fırtına nəticəsində bir məhəllədə elektrik naqilləri də qopub.
Fırtına Ankaranın Hüseyinqazi məhəlləsində yolun kənarındakı ağacları da yerindən qoparıb. Polatlı əyalətində isə güclü yağış səbəbindən sel yaranıb. Sel isə öz növbəsində burada bir neçə ev heyvanının tələf olmasına və yolların su altında qalmasına səbəb olub.
Həmçinin, Karapürçek məhəlləsində yağış nəticəsində evlərə su dolub. Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.