Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metro payızın gərginliyinə hazırdırmı? - RƏSMİ

Metro payızın gərginliyinə hazırdırmı? - RƏSMİ

Tarix: 2 Sentyabr 2021 18:54

Artıq sentyabrın ilk günləridir, məzuniyyətlər, istirahətlər başa çatır. Bakıda həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda aktivlik günbə-gün artır. Təmasların intensivləşməsinin koronavirusun yayılması üçün münbit şərait yarardığı bəllidir. 

Belə bir vəziyyətdə metroda istismara buraxılan qatarların sayının çoxaldılaraq, intervalın azaldılması, sərnişinlərin daha intensiv daşınması nəzərdə tutulurmu? 

Sonxeber.net xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bizim.media-ya açıqlamasıda bildirib ki, metroda gündəlik monitorinqlər aparılır və proseslər ən optimal şəkildə diqqət mərkəzindədir: 

"Pandemiya daxil olandan yay dövrü, qış dövrünün olduğu nəzərə alınmır, sərnişinlərin artıb -azalması gündəlik iş rejimi şəraitində öyrənilir və buna müvafiq addımlar atılır. Eyni zamanda sərnişinlər arasında təbliğat və təşviqat işləri aparılır, metodiki göstərişlərə əməl edilməsinə nəzarət edilir. Pandemiya şəraiti bitməyib və sərnişin sayının artıb-azalmasından asılı olmayaraq, bizim bu şəraitə uyğun tədbirlərimiz müntəzəm günbəgün, saatbasaat davam etdirirləcək".


Etiketlər:  Metro payızın gərginliyinə hazırdırmı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ