Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Venesiya Beynəlxalq Film Festivalına start verildi

Venesiya Beynəlxalq Film Festivalına start verildi

Tarix: 2 Sentyabr 2021 21:14

Venesiya şəhərindəki Lido Yarımadasında keçirilən dünyanın ən qədim film festivalının açılışında "Paralel Analar" filminin İspan rejissoru Pedro Almadovar və baş rol ifaçıları; Penelope Cruz, Milena Smit ənənəvi qırmızı xalça paradına qatıldıqdan sonra sözügedən film nümayiş etdirilib.

Dünya premyerası Venesiyada təşkil edilən "Paralel Analar" filmi eyni gündə dünyaya gələn iki anadan və paralel həyatlarından bəhs edir.

Festivalın açılış mərasimində Oskar mükafatlı italyan aktyor Roberto Benigniyə ömrü boyu əldə etdiyi uğurlara görə Qızıl Aslan Xüsusi Mükafat layiq görülüb.

78 -ci Venesiya Film Festivalı 11 Sentyabr Şənbə günü keçiriləcək mükafat mərasimi və "Qızıl Aslan" böyük mükafatın sahibinə təqdim edilməsi ilə yükünlaşacaq.

Milli.Az


Etiketlər:  Venesiya Beynəlxalq Film Festivalına start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ