Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 11:56
"Pfizer" əczaçılıq şirkəti COVID-19-a qarşı həblərin koronavirusa yoluxmuş xəstələr üzərində sınaqlarına başlayır.
Şirkətdən verilən məlumata görə, bu, dərman vasitəsi sınaqlarının son mərhələsi olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, testlər 1140 nəfər yetkinlik yaşına çatmış və xəstəxanaya yatırılmasına ehtiyac olmayan koronaviruslu şəxslər üzərində keçiriləcək.
PF-07321332 indeksli həbləri COVID-in ilk əlamətləri müşahidə olunan zaman qəbul etmək lazımdır. Dərman koronavirusun çoxalaraq orqanizmdə yayılmasının qarşısını alır. Onun ilin sonunadək satışa çıxarılması gözlənilir.