Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eni 30 metr olan çaya 1400 metrlik körpü...

Eni 30 metr olan çaya 1400 metrlik körpü...

Tarix: 3 Sentyabr 2021 12:00

Türkiyənin Ədirnə bölgəsində Ərgənə çayı üzərində salınan tarixi Uzun körpü uzun müddət dünyanın ən anlaşılmaz tarixi tikililərindən hesab edilirdi. Belə ki, uzunluğu 1400 metr olan körpü eni 30 metr olan Ergene çayı üzərində salınıb. Körpünün uzunluğu ilə çayın eni arasında fərqin bu qədər çox olması körpünü Osmanlı memarlığının ən uğursuz tikilisi kimi tanınmasına gətirib çıxarıb.

Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, uzun körpü 1426-1443 illərdə Osmanlı Sultanı II Muradın əmri ilə dövrün baş memarı Müslihiddin əfəndi tərəfindən tikilib.

Körpünün tikintisində baş memar Muslihiddin ilə bərabər memar Məhməd Əfəndi də çalışıb.

Körpü Osmanlının Balkan yarımadasına təşkil edəcəyi hərbi yürüşlər üçün təbii maneə təşkil edən Ərgənə çayını rahatlıqla keçmək üçün tikilib. Bundan öncə tikilən taxta körpülərin çayın sürətli axınına tab gətirməyib, dağılması səbəbi ilə körpü daşdan hazırlanıb.

Uzun körpünün bir xüsusiyyəti də Osmanlı dövründə Anadolu ilə Balkan yarımadasını bir-birinə bağlayan tək körpü olmasıdır. Körpünün dəqiq uzunluğu 1.392 metr, eni isə 6,80 metrdir. Körpünün 174 kəməri var. Kəmərlərdən bəziləri sivri, bəziləri isə oval formasındadır. Bundan başqa körpünün ayaqlarında selyaranlar var. Daş sütunlar üzərində fil, aslan, quş fiqurlarının təsvir edilməsi körpünün estetik xüsusiyətlərini göz önünə sərir.

Körpünün bu qədər uzun olmasının sirri isə ötən əsrdə Ərgənə çayının daşması ilə açıldı. Belə ki, Ərgənə çayının uzun illər sonra daşması nəticəsində çayın eni 30 metrdən 1250 metrə qədər genişləndi. Sonrakı illərdə peyk və havadan çəkilən görüntülər də çayın yatağının əslində daha geniş olduğu, körpünün də məhz Osmanlı dövründə çayın tez-tez daşması ilə əlaqədar uzun tikildiyini üzə çıxardı.

Beləliklə, illərlə Osmanlı memarlığının ən uğursuz əsəri hesab edilən Uzun körpünün əslində memarlığın şah əsərlərindən olduğu müəyyənləşdi.


Etiketlər:  metr olan çaya 1400 metrlik körpü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ