Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar

Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar

Tarix: 5 Sentyabr 2021 14:00

Barselonadakı Qlobal Sağlamlıq İnstitutunun mütəxəssislərinə görə, ana bətnində inkişaf zamanı və erkən yaşda tütün tüstüsünün təsiri bioloji yaşlanmanı sürətləndirir. Bu barədə daha ətraflı məlumat "Environment İnternational" jurnalındakı məqalədə dərc olunub.

Tədqiqatçılar altı Avropa ölkəsindən 6-11 yaş arası 1173 uşağı seçiblər. Ana bətnində inkişaf zamanı 83, erkən yaşda 103 uşaq tütün tüstüsünə məruz qalıb.

Alimlər toxuma, hüceyrə və ya orqanın bioloji yaşını təyin etməyə imkan verən epigenetik saat - DNT markerlərinin toplusundan istifadə ediblər. Məlum olub ki, valideynlərin siqaret çəkməsi uşaqların orqanizminin yaşlanmasını sürətləndirir. 

Müşahidələr göstərib ki, siqaret çəkmək hətta yetkin insanlarda belə yaşlanmanı sürətləndirir. Yeni məlumatlar onu da göstərir ki, körpəyə və hətta hələ doğulmamış uşağa tüstünün təsiri onun metabolizmini dəyişdirə bilər. Bioloji yaşlanma ürək-damar, neyrobioloji və digər xəstəliklərin artması riski ilə əlaqədardır, buna görə də tütün tüstüsünə məruz qalan uşaqlar siqaret çəkməyən valideynlərlə yaşayan həmyaşıdlarından daha çox sağlamlıq problemi ilə üzləşə bilərlər.

Milli.Az


Etiketlər:  Mütəmadi tütün tüstüsü udan uşaqlar daha qocalırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ