Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi

Türkiyədə koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi

Tarix: 6 Sentyabr 2021 17:06

Türkiyədə bu gündən etibarən koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "A Haber" yayıb. Bildirilir ki, sentyabrın 6-dan etibarən koronavirusa qarşı peyvənd olunmayanlardan bir çox sahələrdə PCR test tələb olunmağa başlayıb.

Belə ki, peyvənd olunmayan şəxslər konsert, kinoteatr və teatr kimi vətəndaşların kütləvi olduğu məkanlara daxil olmaq üçün 48 saat ərzində edilmiş PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Əgər bir vətəndaş əvvəllər koronavirusa yoluxmayıbsa, peyvənd olunmayıbsa və neqativ PCR testi yoxdursa, sözügedən tədbirlərə buraxılmayacaq.

Bununla yanaşı, şəhərlərarası səyahətlər təyyarə, avtobus, qatar və digər ictimai nəqliyyatdan istifadə etmək istəyən peyvənd olunmayan şəxslərdən də neqativ PCR test tələb olunacaq.


Etiketlər:  Türkiyədə koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ