Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Saakaşvili qorxaqdır'' - gürcü baş nazir

''Saakaşvili qorxaqdır'' - gürcü baş nazir

Tarix: 6 Sentyabr 2021 18:08

Gürcüstanın baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvili "dovşan" adlandırıb.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, hökumət başçısı Saakaşvilini həbslə hədələyərək deyib:

"Əgər o gəlmək istəyirsə, qoyun gəlsin. 8-9 il ötüb, sizcə, o hələ də niyə qayıtmır? Çünki qorxaq, dovşan və xoflu insandır".

Bundan əlavə, Qaribaşvili eks-prezident üçün həbsxana inşa etdirəcəyini söyləyib.

"Mən çox istərdim ki, Saakaşvili qayıtsın, biz çox yaxşı əylənəcəyik. Mən söz verirəm ki, ona çox gözəl qalstuk kolleksiyası düzəldəcəm və təmir olunmuş həbsxanaya aparacam. Bu Saakaşvilinin qismətidir".


Etiketlər:  Saakaşvili qorxaqdır gürcü baş nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ