Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 21:58
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilərdə ölkədə fəaliyyət göstərən 75 siyasi partiya iştirak etmək istəyini bildirib və bununla bağlı ölkənin Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasına (SRMK) rəsmi məktub göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qırğızıstan SRMK-nın məlumatında deyilir.
Xatırladaq ki, Joqorku Keneşə yeni seçkilər bu il noyabrın 28-də keçiriləcək. Qırğızıstanda cari il aprelin 11-də baş tutan ümumxalq səsverməsinə görə bu il keçiriləcək seçkilərdə Joqorku Keneş 90 deputatdan formalaşdırılacaq. Ölkədə deputatlar 5 il müddətinə seçilir.
Qeyd edək ki, hazırkı parlament 125 deputatdan ibarətdir.