Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada bağlarda zərərvericilər yayılıb - VİDEO

Qubada bağlarda zərərvericilər yayılıb - VİDEO

Tarix: 7 Sentyabr 2021 13:20

Mütəxəssislər bunu havaların həddindən artıq isti keçməsi ilə izah edir

Milli.Az Real TV-yə istinadən bildirir ki, artıq bir neçə gündən sonra Qubanın alma bağlarında məhsul yığımına start veriləcək. Əvvəlki illərlə müqayisədə bu il məhsul yığımı öncəsi fermerlərin qanı əməlli başlı qaralıb. Buna səbəb meyvə bağlarında şərq meyvəyeyənləri və kaliforniya yastıcası kimi tanınan təhlükəli zərərvericilərin yayılmasıdır.

Hazırda Quba rayonunda mövcud 14 min hektar alma bağının 80 faizindən artıq hissəsinə zərərvericilər ziyan vurub. Fermerlərin sözlərinə görə, zərərvericilər bir tərəfdən ağacı qurudur digər tərəfdən isə yetişməkdə olan meyvənin üzərinə ləkələr salır ki, nəticədə məhsulun satış qiyməti bir neçə dəfə aşağı düşür.

Zərərvericilərin ziyan vurduğu məhsulu istərdik sizə göstərək. Gördüyünüz kimi əlimdə tutduğum bu alma formasını dəyişməklə eyni zamanda alıcılıq qabiliyyətini də itirmiş olur.

Ötən illə müqayisədə məhsuldarlığın az olması digər tərəfdən isə zərərvericilərin meyvəni məhv etməsi fermerləri məyus edib.

Fermerlər bildirir ki, zərərvericilərə qarşı bir neçə dəfə kimyəvi dərman preparatlarından istifadə ediblər. Bununla belə lazimi nəticə əldə olunmayıb. Bağbanlar yaranan vəziyyəti dərman preparatlarının keyfiyətsiz olması ilə əlaqələndirir.

Mütəxəsislər isə cari ildə bağlarda zərərvericilərin kütləvi şəkildə yayılmasını hava şəraitinin həddindən artıq isti keçməsi ilə izah edir. Belə ki, anomal istilər zərərvericilərin çoxalmasına və yayılmasına münbit şərait yaradıb.

Qeyd edək ki, ötən il Quba bağlarından ümumilikdə 112 min ton məhsul tədarük olunub. Cari ildə isə məhsuldarlığın 10-15 faiz aşağı olacağı proqnozlaşdırılır.

Milli.Az


Etiketlər:  Qubada bağlarda zərərvericilər yayılıb VİDEO


RƏYLƏR