Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3-cü doza nə qədər vacibdir? - Mütəxəssisdən AÇIQLAMA

3-cü doza nə qədər vacibdir? - Mütəxəssisdən AÇIQLAMA

Tarix: 7 Sentyabr 2021 18:42

"BioNTech"in həmtəsisçisi və baş direktoru professor Uğur Şahin, Modena Universitetinin immunologiya professoru, Stanford Universitetinin professoru Mark Davis vaksinlə bağlı keçirilən onlayn konfransa qatılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur Şahin konfransda yeni növ koronavirus ştammlarına qarşı hazırladıqları mRNA vaksininin laboratoriya nəticələri haqqında danışıb. 

Bundan əlavə Şahin il sonuna qədər istehsal etməyi planlaşdırdıqları vaksin miqdarını da açıqlayıb:

"2019-cu ildə peyvənd istehsalımız 10 min idi. Ortağımız "Pfizer" ilə ilin sonuna qədər 1 trilyon dozadan çox peyvənd istehsal edəcəyik. Bu, çox böyük bir artımdır".

3-cü dozanın virusdan müdafiə gücü haqqında isə alim bu fikirləri səsləndirib:

"Ştammların zərərsizləşdirilməsini mütəmadi olaraq təhlil edirik.

"Delta" variantına qarşı qorunma antikor titrləri azalır. Amma hələ də xəstəliklərə qarşı güclü qorumamız var. Üçüncü dozadan sonra daha yüksək antikor titrləri meydana gəlir. Araşdırmalar göstərir ki, 3-cü dozada 95-97 faizi tam qorunma təmin edir".

Milli.Az


Etiketlər:  doza qədər vacibdir Mütəxəssisdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ